26 Temmuz 2012 Perşembe

NƏTİCƏ

Kitabın başından bu yana izah edildiyi kimi fədakarlıq, imanı qavrayan hər insanın üzərində əhəmiyyətli bir vicdanı məsuliyyətdir. Bu fədakarlıq anlayışı, adamın sahib olduğu maddi və mənəvi hər şeyi Allahın ən razı olacağı şəkildə sərf etməsini; həyatı boyunca qarşılaşdığı hər mövzuda ağılını, vicdanını və iradəsini ən son sərhədinə qədər istifadə etməsini tələb etməkdədir. Bir ömür boyunca xeyrlərdə yarışacaq, gözəl əxlaqda təqva sahiblərinə öndər olacaq, hər nə çətinliklə qarşılaşsa qarşılaşsın heç bir yorqunluğa qapılmadan insanları yaxşılığa çağırmağa və pislikdən çəkindirməyə davam edəcək.

Allah, iman sahiblərini yalnız öz əxlaqlarını gözəlləşdirməklə məsul tutmamış, eyni zamanda onlara bütün insanların məsuliyyətini də yükləmişdir. Allahdan qorxan vicdan sahibi bütün Müsəlmanlar, bu məsuliyyəti ən gözəl şəkildə yerinə gətirə bilmək üçün fədakarca bir əxlaq göstərməklə və səmimi bir səy göstərməklə öhdəçiliklidirlər. Bunun üçünsə, "Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Səff Surəsi, 4) ayəsiylə bildirildiyi kimi, bir-birlərinə dəstək olmalı, hər cür çətinliyə qarşı birlik içərisində hərəkət etməlidirlər. Allah, Quranın "Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)." (Ənfal Surəsi, 73) ayəsiylə, möminlərin bir-birlərinə dəstək olub kömək etməmələri vəziyyətində dünyada "böyük bir təxribatçılıq" meydana gələcəyini bildirmişdir. Zülm görən, ədalətsiz tətbiqlər altında əzilən insanların, yazıq qadınların, kimsəsiz uşaqların, baxıma möhtac kəslərin çətinliklərinin aradan qaldırılmasına ancaq bu şəkildə köməkçi oluna bilinəcək. Gözəl əxlaqın bütün insanlar arasında tətbiq edilməsi isə, həm bütün dünyada barış və dincliyin yaşanmasını təmin edəcək, həm də buna vəsilə olan möminlərə Allah Qatında çox böyük bir savab qazandıracaq.

22 Temmuz 2012 Pazar

Bədiüzzaman Səid Nursinin Həyatındakı Fədakarlıq Nümunələri

Bədiüzzaman Səid Nursi kimdir?

Səid Nursi yaxın keçmişimizdə yetişmiş ən böyük İslam alimlərindən və fikir adamlarındandır. 1873-də Bitlisən Hizan mahalına bağlı Nurs kəndində dünyaya gəlmiş, 1960-da Şanlıurfada Haqqın rəhmətinə qovuşmuşdur. Gənc yaşda əldə etdiyi dini və müsbət elmlərdəki dərin məlumatı, dövrün elm adamları tərəfindən qəbul görmüş, kiçik yaşdan etibarən diqqəti çəkən iti zəkası, qüvvətli yaddaşı və üstün qabiliyyətləri səbəbindən "Çağının bənzərsiz gözəlliyi" mənasını verən "Bədiüzzaman" sifətiylə xatırlanmağa başlanmışdır.
Bədiüzzaman Səid Nursi, Şərqin ən təcili ehtiyacı olaraq gördüyü təhsil problemini həll etmək üçün din və təhsil elmlərinin birlikdə oxudula biləcəyi və Medresetik Zəhra adını verdiyi bir universitet qurulmasını təmin etmək üçün 1907-də İstanbula gəlmişdir. Dərin məlumatıyla buradakı elm ətrafına da özünü çox qısa müddət içində qəbul etdirmiş, müxtəlif qəzet və jurnallarda məqalələr yayınlatmış, azadlıq və hökumət müzakirələrinə qatılaraq hökumətə dəstək vermişdir.
Dövrün hökuməti, Səid Nursinin universitet ilə əlaqədar ərizəsinə maraq göstərməmişdir. Hətta İstanbuldakı elm adamlarının, tələbələrin, mədrəsə müəllimlərinin və siyasətçilərin ona olan maraqlarından narahat olmuş, Bədiüzzamanın əvvəl ağıl xəstəxanasına daha sonra da həbsxanaya göndərilməsini təmin etmişdir.

Səhabənin İnfaqdakı Fədakarlıqları

Səhabəyi Kiramın həyatı bir çox baxımdan çətinliklərlə keçmişdir. Müşrik və ənənələrinə son dərəcə bağlı bir cəmiyyətdə Müsəlmanlığı ilk qəbul edən kəslər olmaları, bir anda bütün müşrik cəmiyyətinin düşmənliyini qazanmalarına səbəb olmuşdur. Öz batil dinlərinin zərər görəcəyi düşüncəsiylə hərəkət edən bu müşrik cəmiyyət, hər nə bahasına olursa olsun iman edənləri yollarından çevirmək, təsirsiz hala gətirmək və hətta yox etmək üçün əllərindən gələn hər şeyi etmişlər.

Səhabəyi Kiram bu dövrdə cəmiyyətin mənəvi təzyiqinin yanında, hər cür əziyyət, işgəncə və günahlandırmaqla da qarşı-qarşıya qalmışdır. Həyatlarının böyük hissəsini ölüm hədələməsi altında keçirmiş, Quranda bildirildiyi kimi şiddətli bir qorxu, aclıq və təzyiqlərlə mübarizə etmək məcburiyyətində qalmışlar. İllər sürən bir tətbiqlə Müsəlmanlarla ediləcək olan hər cür alış, satış və ticarət əlaqələrinin kəsilməsi, Müsəlman olan kəslərin ailələri və qəbilələri tərəfindən yurdlarından çıxarılmalarına gətirib çıxarmışdır. Səhabələr çox vaxt yeməyə heç bir şey tapa bilməyəcək qədər ciddi ölçülərdə bir aclığa, susuzluğa, soyuğa və bunların gətirib çıxardığı xəstəliklərə qarşı mübarizə etmək məcburiyyətində qalmışlar. Ancaq Allahın "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!." (Bəqərə Surəsi, 155) ayəsiylə bildirdiyi üzrə, yaşadıqlarının dünya həyatındakı imtahanın bir parçası olduğunu, gözəl bir səbir ilə təvəkkül etdikləri təqdirdə Allahın razılığını qazanacaqlarını bilərək bütün bunlara şövq, cəsarət və mətanətlə dayanmışlar. Böyük bir-birlik və həmrəylik ruhu içərisində hərəkət etmiş, əllərindəki bütün imkanları istifadə edərək Allahın icazəsiylə bu çətinliklərin öhdəsindən gəlmişlər.

MÜSƏLMANLAR ÇƏTİNLİKLƏRİ SƏBİR VƏ FƏDAKARLIQLA MƏĞLUB EDƏRLƏR

Əvvəlcə xatırlatmaq lazımdır ki, çətinlik zamanları, Allahın iman edənlər üçün yaratdığı çox qiymətli anlardır. İnsanlar ümumiyyətlə nadir olaraq bu cür vəziyyətlərlə qarşılaşarlar. Və bunlar bir insanın, Allaha olan sədaqətinin, sevgisinin və təslimiyyətinin gücünü göstərə biləcəyi, eyni zamanda da axirət həyatı üçün çox çox savab qazana biləcəyi zamanlardır. İman edən bir kimsə bəlkə çətinliklə qarşılaşmaq üçün xüsusi bir səy göstərməz, amma qarşılaşdığı zaman da bunları    Allahın özü üçün yaratmış olduğu çox böyük nemət və fürsətlər hesab edər.

Tarix boyunca göndərilmiş olan peyğəmbərlər yurdlarından çıxarılma, təzyiq altına alınma, hədələnmə və hətta öldürülməyə qədər çatan çətinliklər yaşamış, amma bütün bunları imani bir şövq və coşğuyla qarşılamışlar. Hz. Yusuf böhtana düşərək illər ili zindanda qalmış, Hz. İbrahim qövmünün irəli gələnləri tərəfindən alova atılaraq öldürülməyə çalışılmış, Hz. Musa Fironun hədələmə və təzyiqləriylə qarşılaşmış, Hz. Lut yaşadığı cəmiyyətdən çıxarılmağa çalışılmışdır. Ancaq bu mübarək insanların hər biri də bu hadisələr qarşısında Rəbbimizə qarşı böyük bir sədaqət, təslimiyyət və güvən ilə hərəkət etmişlər.

Bədiüzzaman Səid Nursi kimi İslam böyükləri də həyatları boyunca bir çox çətinliklə qarşılaşmış, ancaq bütün bunları çox qiymətli anlar olaraq qiymətləndirmişlər. İrəliləyən hissələrdə göstərdiyi üstün əxlaqa daha ətraflı olaraq toxunacağımız Bədiüzzaman Səid Nursi, ömürünün əhəmiyyətli bir hissəsini həbslərdə, sürgündə, əziyyət və təzyiq altında keçirmişdir. İrəliləyən yaşına, xəstəliklərinə, yoxluq və çətinlik içərisində olmasına baxmayaraq daim Allaha təslimiyyətli, təvəkküllü olmuşdur. Bu çətinlikləri bir gözəllik və nemət olaraq xarakterizə etmiş, ən çətin anlarında belə İslam dininin, Müsəlmanların mənfəətlərini düşünmüş, fədakarlıqda çox güclü bir dayanıqlılıq göstərmiş, bu üstün əxlaqıyla tələbələrinə də nümunə olmuşdur. Ustadın və tələbələrinin səmimi səyləri, Allahın icazəsiylə Quran əxlaqının çox geniş kütlələrə elanla bilməsini təmin edən əhəmiyyətli bir təbliğ vəsiləsi olmuşdur.

Fədakarlıqdan Qaçanlar Bunu Özləri Üçün Bir Qazanc Sanmamalıdırlar

Quranın " (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!” (Tövbə Surəsi, 81) ayəsiylə Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşamış münafiq xarakterli kəslərin Allah yolunda fədakarlıqdan, səy göstərməkdən qaçınmalarına sevindikləri bildirilmişdir.

Qarşılığında heç bir mənfəət əldə etmədən fədakarlıqda olmalarını, özləri üçün itkin olaraq görən insanlar, belə bir öhdəçilikdən xilas ola bildiklərində də özlərini qazanclı sanaraq sevincə qapılmışlar. Sahib olduqları maddi mənəvi bütün nemətləri özlərinə Allahın verdiyini, bu nemətlərdən fədakarlıqda olmasalar da Allahın dilədiyi an bütününü birdən əllərindən ala biləcəyini düşünməmişlər. Halbuki Allah Quranda, səmimiyyətsizcə tələ quran kəslərin içərisində olduqları vəziyyətin, əslində bu kəslər üçün bir qazanc olmadığını     " (Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!” (Ənfal Surəsi, 30) ayəsiylə bildirmişdir.

Fədakarlıqdan Qaçanlar, Məsuliyyəti Boynuna götürən Kəslərə Dəstək Olmaqdan da Qaçarlar

Əvvəlki hissələrdə çətinliklərlə qarşılaşdıqlarında yorqunluğa qapılan insanların, dünyada hökm sürən zülmü dayandırmaq, köməyə möhtac insanlara kömək etmək, insanları yaxşılığa və doğruya çağırmaq üçün səy göstərməkdən imtina etdiklərindən bəhs etdik. Ancaq bu kəslərin yaşadıqları bu yorqunluğ elə şiddətlidir ki özləri geridə qaldıqları kimi, Allahın razılığına uyğun olaraq bu məsuliyyəti yerinə yetirməyə çalışan insanlara da dəstək olmaqdan qaçınarlar. Halbuki Allah Quranda yaxşılıq və təqva mövzusunda Müsəlmanların bir-birlərinə dəstək olmalarını bildirmişdir:

Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! [Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!] Ehramdan çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin (zülm və haqsızlıq günahına batırmasın). Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir! (Maidə Surəsi, 2)

Fədakarlıqdan Qaçmaq Üçün Qarşıya Qoyulan Bəhanələr

Quran əxlaqının lazımlığını bildikləri halda fədakarlıqdan qaçan kəslər, bu rəftarlarının səhv olduğunun fərqindədirlər. Ancaq imanlarının zəifliyi səbəbiylə bu mövzuda lazım olan iradə və vicdanı istifadə edib, davranışlarını dəyişdirməzlər. Yaşadıqları iman zəifliyi, insanların məmnuniyyətini Allahın razılığından daha üstün tutmalarına səbəb olar. Allahın ürəklərindəki zəifliyi, iman və vicdanı zəifliyini bilməsini əhəmiyyətli görməz, ətraflarındakı insanları səmimi olduqlarına inandırmağı kafi görərlər. Fədakarlıqdan qaçmalarını, məqbul və qanuni göstərə bilmək üçün səmimiyyətsiz bəhanələrin ardına sığınarlar. Əslində `bütün səmimiyyətləriylə fədakarlığa talib olmağı, hər cür məsuliyyəti boynuna götürməyi istədikləri ancaq müxtəlif bəhanələrin buna mane olduğu` təəssüratını verməyə çalışarlar. Bu, eyni zamanda öz vicdanlarını rahatlaşdırmaq üçün də istifadə etdikləri üsuldur.

Qarşıya qoyduqları bəhanələrin etibarsızlığını, həqiqətən istəmiş olsalar mütləq bir yol tapacaqlarını çox yaxşı bilmələrinə baxmayaraq, bunlara özlərini inandırmağa çalışarlar. Bu vəziyyətdə vicdanlarının səsini bir az olsun dinləyərək, öz mənfəətləri istiqamətində hərəkət edə biləcəklərini, məsuliyyət götürməkdən qaçaraq rahat bir həyat yaşaya biləcəklərini sanarlar. Halbuki əlbəttə ki bu mümkün olmaz.

Vicdanları, Allahın razılığına uyğun gəlmədikləri, Quran əxlaqına uyğun hərəkət etmədikləri hər an, onlara bu gerçəkləri xatırladar. Çünki özləri də davranışlarının gerçək mənasını və Qurandakı hökmünü bilməkdədirlər. Ancaq Allahın razılığına uyğun davranışa yanaşmamaları və üzərlərinə düşən məsuliyyəti fərq etdikləri halda bundan üz çevirmələri isə, bu kəslərin dünyada və axirətdə böyük bir məsuliyyət yüklənmələrinə səbəb olar.

Qarşıya qoyduqları bəhanələrdə diqqət yetirdikləri ən fundamental xüsusiyyətlərdən biri isə, bunların ola bildiyincə 'günahsız və inandırıcı' görünməsidir. Bu bəhanələr mümkün olduğunca insanların vicdanlarına xitab edə bilməli, həqiqətən istədikləri halda imkanlarının qeyri-kafiliyi səbəbiylə məsuliyyət boynuna götürə bilmədikləri mövzusunda razı salıcı olmalıdır. Bu mövzuda isə Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə ümumiyyətlə ən çox qəbul görən və hətta şəfqət mərhəmət oyandıracağını düşündükləri üsul və bəhanələri istifadə edərlər. Cahiliyyə inancları istiqamətində bir həyat yaşayan kəslərin ölçüləri Quran əxlaqı olmadığı üçün bu bəhanələr onlar arasında həqiqətən də məqsədinə çata bilər. Ancaq möminlər arasında belə bir vəziyyət söz mövzusu olmaz. Möminlər hər mövzuda Quran əxlaqını ölçü götürərlər. Quranda isə həm səmimi rəftarın, həm də orta bir yol tutan və öz mənfəətlərini Allahın razılığından üstün tutan insanların rəftarının necə olacağı təsvir edilmişdir. Bu səbəblə Müsəlmanlar bəhanələrin arxasına sığınaraq, fədakarlıqdan qaçmağa çalışanları, Allahın diləməsiylə ayırd edə bilərlər. Qəbul görəcəyini ümid edərək qarşıya qoyduqları bəhanələr, tam tərsinə bu kəslərdəki səmimiyyətsizliyin və iman zəifliyinin ortaya çıxmasına səbəb olar.